Modern.az

Dünyanın ən varlı ailələri - SİYAHI

Dünyanın ən varlı ailələri - SİYAHI

Dünya

19 Sentyabr 2021, 00:31

Nüfuzlu “Bloomberg” agentliyi dünyanın ən varlı ailələrinin reytinqini təqdim edib.

 

Modern.az xəbər verir ki, siyahıda 25 ailənin gəlirləri qeyd olunub.

 

Siyahıda birinci yeri 238,2 milyard dollarlıq ümumi sərvəti ilə “Walmart” supermarketlər şəbəkəsinin sahibləri olan amerikalı Uolton ailəsi tutur. Uoltonlar son bir ildə 23 milyard dollar gəlir əldə edib.

 

Agentlik ikinci yerə “Mars” şokalad şirkətinin sahibləri olan amerikalı Mars ailəsini yerləşdirib. Ailənin ümumi sərvəti 141.9 milyard dollardır.

 

Amerikada yerləşən “Koch Industries” sənaye şirkətinin sahibi olan Koç ailəsi siyahıda üçüncü yeri tutub. Sərvətləri 124.4 milyard dollardır.

 

Fransada yerləşən “Hermes” moda evinin sahibləri olan eyniadlı ailə 116.6 milyard dollar sərvəti ilə siyahıda 4-cü yerdədir. Səudiyyə Ərəbistanının kral ailəsi isə 5-ci yerdədir. Ailənin ümumi sərvəti 100 milyard dollar yaxındır.

 

Siyahıdakı ailələrdən 10-u ABŞ, 4-ü Fransa, qalanları Almaniya, Belçika, Britaniya, Hindistan kimi ölkələrdəndir.

 

Agentlik qeyd edib ki, dünyanın ən varlı 25 ailənin sərvəti son bir ildə 312 milyard dollar artıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır