Modern.az

Moskvada dini liderlərin üçtərəfli görüşü keçirilir

Moskvada dini liderlərin üçtərəfli görüşü keçirilir

Aktual

13 Oktyabr 2021, 12:03

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş başlayıb.

 

Modern.az xəbər verir ki, Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilən görüş dini liderlərin Cənubi Qafqazda sülhməramlı missiyasına həsr olunub.

 

Koronavirus pandemiyasına görə dini liderlərin üçtərəfli görüşü mətbuatın iştirakı olmadan keçirilir.

 

Qeyd edək ki, ötən gün Patriarx Kirill ayrı-ayrılıqda Allahşükür Paşazadə və II Qareginlə görüşüb.

 

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu üçtərəfli görüşü 2017-ci ilin sentyabrın 8-də Moskvada keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı