Modern.az

8 Noyabrda AMNİSTİYA gözləntisi - AÇIQLAMA

8 Noyabrda AMNİSTİYA gözləntisi - AÇIQLAMA

Hadisə

17 Oktyabr 2021, 15:51

"Zəfər Günü ilə əlaqədar Amnistiya hazırlanması haqqında Milli Məclisə hələlik heç bir məlumat daxil olmayıb".


Bunu Modern.az-a 8 Noyabr Zəfər Günü ilə bağlı Amnistiya elan ediləcəyi haqqında iddialara münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Fəzail Ağamalı deyib. O, bu böyük tarixi hadisə ilə bağlı xüsusi qərarların ola biləcəyini istisna etməyib:

 

"Azərbaycan dövlətçiliyi tarixində belə önəmli günlər ərəfəsində əhəmiyyətli addımların atıldığının şahidi olmuşuq. Bu məntiqə söykənərək, amnistiya və ya əfv sərəncamının veriləcəyini istisna etmirəm. Lakin bununla bağlı Milli Məclisə rəsmi məlumat daxil olmayıb.


Amnistiya ilə əlaqədar prezidentin fərmanı və ya Heydər Əliyev Fondunun təşəbbüsü ola bilər. Vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə belə təşəbbüslə çıxış edib. Amnistiya aktı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanıb, plenar iclasa təklif edilir. İclasda müvafiq qərarla təsdiq edilir və ya əksinə".

 

Qeyd edək ki, gununsesi.info saytının yaydığı xəbərə görə İkinci Qarabağ Müharibəsində qazanılan Zəfərin 1-ci ili münasibəti ilə Zəfər Günündə Amnistiya aktı veriləcək və bu, 15 mindən çox məhkumu əhatə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub