Modern.az

Azərbaycan və Ermənistan razılaşmaya yaxındır - Baş nazirin müavini

Azərbaycan və Ermənistan razılaşmaya yaxındır - Baş nazirin müavini

27 Oktyabr 2021, 18:47

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət işçi qrup istismarına başlanılması nəzərdə tutulan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə işçi qrupun Ermənistandan olan üzvü, Baş nazirin müavini Mqer Qriqoryan bildirib.

 

Onun sözlərinə görə, avtomagistralların xəritəsi üzrə məsləhətləşmələr isə hələ davam edir.

 

“Avtomobil yolları ilə bağlı hələlik konsensus yoxdur. Müxtəlif təkliflər var, lakin hələlik konsensus və ümumi yanaşma əldə olunmayıb. Avtomobil yollarına dair əlimizdə artıq hazır xəritə var deyə bilmərik. Dəmir yoluna gəlincə, daha yaxın yanaşmalar və baxışlar var. Orada suallar aydındır”, - deyə M. Qriqoryan vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər