Arxiv
28 Oktyabr 2021, 14:52 | ÖLKƏ
Naməlum Şəhid qəbirlərinə yeni başdaşı qoyulacaq – RƏSMİ

“Şəhidlər Xiyabanındakı naməlum qəbirlərin hamısı açılıb, nümunələr götürülüb”.

 

Bu barədə Modern.az-a Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib.

 

O qeyd edib ki, məzarlardan götürülən nümunələr ekspertiza mərhələsindədir:

 

“Hazırda prosesin nə yerdə olduğu, hansı qəbirlərin şəxsiyyətinin müəyyənləşdirildiyi haqqında bilgimiz yoxdur. Şəxsiyyəti dəqiqləşdirilən məzarlar haqqında bizə məlumat verildiyi halda qəbirlərə yeni başdaşlarının qoyulmasını həyata keçirəcəyik. Bu barədə öncə dəqiq məlumat olmalı və Trestə tapşırıq verilməlidir”.

 

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib.

 

Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib. Daha sonra Birinci Şəhidlər xiyabanında 23, İkinci Şəhidlər xiyabanında 9 olmaqla, ümumilikdə 32 naməlum qəbir açılaraq, nümunələr götürülüb.

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, bir neçə il əvvəl gələcəkdə eksqumasiya və identifikasiyanın aparılması üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülüb. DNT nümunələri ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Penitensiar Xidmət MTN generalın ölümü ilə bağlı MƏLUMAT YAYDI 9 Dekabr 2021, 15:39 Türkiyədə hərbçi şəhid oldu 9 Dekabr 2021, 15:26 “ASAN müraciət”in Əsasnaməsi TƏSDİQLƏNDİ   9 Dekabr 2021, 15:20 Vidadi Muradov çayçını şirkət direktoru təyin edib - MƏHKƏMƏ 9 Dekabr 2021, 15:14 Nazirlikdəki islahatlar davamlı olacaq 9 Dekabr 2021, 15:10 Spiker Mustafa Şentopla görüşüb 9 Dekabr 2021, 15:06 Aşıq Ələsgərin nəvəsinin təklifinə metropolitendən REAKSİYA 9 Dekabr 2021, 15:00 Nizami rayonuna su verilməyəcək 9 Dekabr 2021, 14:55 Ruslan Əliyev sualları cavablandıracaq 9 Dekabr 2021, 14:50 Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu 9 Dekabr 2021, 14:45 Azərbaycan hər zaman zəfərlərə yol açacaq 9 Dekabr 2021, 14:40 İranda 78 nəfər koronavirusdan öldü 9 Dekabr 2021, 14:36 Tovuz çayı üzərində körpü tikilir - FOTOLAR 9 Dekabr 2021, 14:32 Azərbaycanda daha bir qadağa LƏĞV OLUNUR 9 Dekabr 2021, 14:28 Xəzər sahilində təyyarə yerə çırpılıb - Xəsarət alanlar var 9 Dekabr 2021, 14:23 Lerikdə dağ-meşə ərazisində yanğın olub 9 Dekabr 2021, 14:20 Bu jurnalistlərə vahid vəsiqə veriləcək 9 Dekabr 2021, 14:16 Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək 9 Dekabr 2021, 14:12 Dövlət Komitəsində britaniyalı analitiklərlə GÖRÜŞ 9 Dekabr 2021, 14:08 Mərkəzi Bank banklara vaxt verdi  9 Dekabr 2021, 14:05 Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 Onlayn medianın təsisi üçün icazə tələb olunmayacaq 9 Dekabr 2021, 13:54 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?