Modern.az

Azərbaycanda “Omikron”la bağlı yoxlama BAŞLADI

Azərbaycanda “Omikron”la bağlı yoxlama BAŞLADI

29 Noyabr 2021, 10:30

Bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb.

 

Bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev Modern.az-a açıqlamasında bildirib.

 

O qeyd edib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb.

 

Qeyd edək ki, koronavirusun yeni ştammı olan “Omikron” artıq bir sıra Avropa ölkələrində təsdiqlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi