Modern.az

Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım

Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım

Dünya

3 Dekabr 2021, 22:14

Avropa İttifaqı (Aİ) hibrid hücumlara qarşı mübarizə üçün Ukraynaya 1,4 milyon avro yardım göstərəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikas ölkənin daxili işlər naziri Denis Monastırski ilə görüşündən sonra bildirib.

 

O bildirib ki, Monastırski ilə Ukrayna-Belarus sərhədindəki vəziyyətlə bağlı söhbət edib. 

 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dekabrın 2-də bildirib ki, Avropa Şurası Ukraynaya Avropa Sülh Fondu çərçivəsində vəsait ayırmağa qərar verib. Maliyyə paketinə, xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin potensialının inkişafı və gücləndirilməsi üçün maddi-texniki yardımın göstərilməsi daxildir. 

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı