Modern.az

Miqrantları daşıyan gəmidə faciə: 100-dən çox ölü var

Miqrantları daşıyan gəmidə faciə: 100-dən çox ölü var

Dünya

Bu gün, 21:11

Cibuti sahillərində miqrantları daşıyan gəminin batması ağır faciə ilə nəticələnib. Hadisə zamanı azı 109 nəfər həyatını itirib, 116 nəfərin taleyi isə hələ də məlum deyil.

Modern.az-ın məlumatına görə, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı hadisənin Cibutinin Obok sahillərində baş verdiyini açıqlayıb.

Cibutidən Yəmənə doğru hərəkət edən və təxminən 350 nəfəri daşıyan gəmi dənizdə çevrilərək batıb.

Axtarış-xilasetmə əməliyyatı zamanı 109 nəfərin meyiti sudan çıxarılıb. Həlak olanların 52-si kişi, 42-si qadın, 15-i isə uşaqdır. Uşaqlardan 9-u qız, 6-sı oğlan olub.

Faciədən sağ çıxan 80 nəfərin isə Efiopiya vətəndaşı olduğu bildirilir. İtkin düşənlərin axtarışı ilə bağlı əlavə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər