Səudiyyə Ərəbistanı husilərin raket hücumlarına cavab hazırlayır.
Modern.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı ölkənin hava limanlarına endirilən zərbələrdən sonra hərbi cavab variantlarını nəzərdən keçirir.
Ər-Riyad ABŞ-nin dəstəyini qazanmağa çalışır. Lakin Vaşinqton hələlik yalnız kəşfiyyat məlumatlarını Səudiyyə Ərəbistanı ilə bölüşməklə kifayətlənir.