Modern.az

Jurnalist Xətai Əzizov yubiley yaşına çatdı - FOTOLAR

Jurnalist Xətai Əzizov yubiley yaşına çatdı - FOTOLAR

29 Dekabr 2012, 12:00

Modern.az saytı xəbər verir ki, bu gün tanınmış jurnalist Xətai Əzizovun ad günüdür. Hörmətli həmkarımızın 50 yaşı tamam olur.  90-cı illərdən Azərbaycan mediasında çalışan X.Əzizov xəbər xidməti sisteminin formalaşmasında əməyi olan dəyərli media nümayəndələrindən hesab olunur. Onun fəaliyyət göstərdiyi müxtəlif informasiya agentlikləri xəbərlərin peşəkar şəklidə təqdim olunması ilə fərqlənib.

Hazırda AzərTac-da redaktor postunda çalışan Xətai Əzizov həm də bu dövlət agentliyi üçün parlamentin fəaliyyətini işıqlandırır, Milli Məclisdə akkreditasiya olunub.

Parlament Jurnalistləri Birliyi dəyərli həmkarını ad günü münasibəti ilə təbrik edir, can sağlığı və uzun ömür arzu edir.   




 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi