Modern.az

Skuterdən yıxılan 57 yaşlı kişi xəstəxanada öldü

Skuterdən yıxılan 57 yaşlı kişi xəstəxanada öldü

Hadisə

2 Sentyabr 2026, 12:39

Yasamal rayonunda 10 gün əvvəl skuterdən yıxılan şəxs xəstəxanada ölüb.

Modern.az xəbər verir ki, Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Həsən Xəlilov avqustun 22-də saat 10 radələrində Tbilisi prospektində idarə etdiyi skuterdən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş H.Xəlilov sentyabrın 1-də orada vəfat edib.

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!