Modern.az

TƏBİB 72 mindən çox işçisinin maaşını artırır

TƏBİB 72 mindən çox işçisinin maaşını artırır

Ölkə

Bu gün, 11:14

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan əməkdaşların əməkhaqları artırılır.

Modern.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Anar Bayramov mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və ümumilikdə 72 212 tibb işçisini əhatə edəcək.

A.Bayramov bildirib ki, onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyətinin əməkdaşlarıdır. 8 675 nəfər ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfər isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlərdir.

Qeyd olunub ki, islahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq.

Əməkhaqqı artımları vəzifə və ixtisasla yanaşı, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...