Modern.az

QHT-lərin Ədliyyə Nazirliyinə məlumat verməkdən canı qurtardı

QHT-lərin Ədliyyə Nazirliyinə məlumat verməkdən canı qurtardı

Qarabağ

9 Aprel 2010, 18:57

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT-lərə ayırdığı maliyyə yardımı barədə məlumatı Ədliyyə Nazirliyinə qrant almış QHT-lər özləri verməyəcək. Bu barədə Modern.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinə QHT-lərə ayrılmış qrantlar barədə Şuranın özü məlumat verəcək: “Bu ildən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, milli donor özü qrant alan QHT-lər barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Bizdən maliyyələşən təşkilatların özlərinin məlumat verməsinə ehtiyac yoxdur. Biz siyahı şəkilində bütün məlumatları Ədliyyə Nazirliyinə təqdim edirik”.

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər, vətəndaş vəziyyətləri idarəsinin baş məsləhətçisi Etibar Mustafayev də bunu təsdiq edib. O, saytımıza bildirib ki, dövlət büdcəsindən qrant ayrıldıqda həmin dövlət təşkilatı Ədliyyə Nazirliyinə məlumat verir: “QHT-lər məlumatı özləri bizə verməsələr də, qrant verilməsi barədə müqavilənin surətləri qrant verən təşkilat tərəfindən Ədliyyə Nazirliyinə göndərilir. Bir sözlə, məlumatı qrant verən qrum bizə çatdırır. İndiyə kimi dövlət büdcəsindən QHT-lərə ayrılan qrantlar barədə bizə məlumat verilib”.

Xarici donor təşkilatlarından maliyyələşən QHT-lər isə məlumatı özləri verməlidirlər: “Qrant udmuş təşkilat özü bu barədə bizə məlumat verməlidir. Yəni QHT xarici donorla bağladığı müqavilənin surətini Ədliyyə Nazirliyinə göndərirlər”. E.Mustafayev indiyədək xarici donorlardan qrant alan və bu barədə Ədliyyə Nazirliyinə məlumat verməyən QHT-lər barədə statistik məlumatı açıqlamaqdan imtina edib.

Günay Musayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub