Modern.az

Mirzoyanla Norveç XİN başçısı arasında Qafqaz müzakirəsi

Mirzoyanla Norveç XİN başçısı arasında Qafqaz müzakirəsi

Dünya

19 Sentyabr 2023, 15:04

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı Anniken Huiltfeldtlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə erməni nazir X-də paylaşım edib.

 

Bildirilib ki, görüş BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ABŞ-da baş tutub.

 

Qeyd olunub ki, tərəflər ikitərəfli siyasi dialoqu və Norveçin Ermənistandakı islahatlara dəstəyini müzakirə ediblər. Məlumata görə, həmçinin Cənubi Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi