Modern.az

AXCP Ali Məclisinin sədri Həsən Kərimov xəstəxanaya yerləşdirildi

AXCP Ali Məclisinin sədri Həsən Kərimov xəstəxanaya yerləşdirildi

Təhsil

23 Sentyabr 2013, 12:16

AXCP Ali Məclisinin sədri Həsən Kərimovun səhhəti pisləşdiyindən bu gün səhər o, xəstəxanaya yerləşdirlib. Bu barədə Modern.az saytına Həsən Kərimovun xanımı Almaz Kərimova məlumat verib. O, bildirib ki, şiddətli ürək ağrılarından halı pisləşən Həsən Kərimovu evdə saxlamaq mümkün olmadığından təcili Elmi-Tədqiqat Kardiologiya İnstitutuna aparılıb.

“Hazırda Həsən bəy xəstəxanada həkim nəzarətindədir. Ürəyində problemlər var. Özünü yaxşı hiss etmirdi. Həkimin ilkin müayinəsindən sonra bir qədər özünə gəlib. Həkimlərdən cavab gözləyirik”-deyə Almaz Kərimova bildirib.

Qeyd edək ki, Həsən Kərimov bundan öncə də ürəyindəki ağrılarla əlaqədar dəfələrlə xəsətəxanaya yerləşdirilmişdi. O, 3 dəfə infarkt keçirib.

Xatırladaq ki, 2009-cu ildə Həsən Kərimovun iki oğlu bir-birinin ardınca ürək çatışmazlığından vəfat edib. Ailənin böyük oğlu İftixar Kərimov və kiçik oğlu Rəşad Kərimovun dünyalarını dəyişməsi ataları Həsən Kərimova çox pis təsir göstərmişdi. 

Həsən Kərimovu 2011-ci ildə Mərkəzi Kliniki Xəstəxanada ürəyindəki ağrılarla əlaqədar müalicə alıb.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok