Modern.az

Maliyyə icarəsi fəaliyyəti üçün dövlət rüsumu müəyyənləşir

Maliyyə icarəsi fəaliyyəti üçün dövlət rüsumu müəyyənləşir

Parlament

26 May 2026, 13:28

Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyənləşir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün 550 manat dövlət rüsumu müəyyənləşir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok xəbərdarlıq! İran vurulacaq - Ordu əmr gözləyir