Modern.az

Zakir Həsənov Azərbaycanın yeni müdafiə naziri oldu - Tərcümeyi-hal

Zakir Həsənov Azərbaycanın yeni müdafiə naziri oldu - Tərcümeyi-hal

22 Oktyabr 2013, 20:04


Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Modern.az saytı xəbər verir ki, sərəncama əsasən Zakir Əsgər oğlu Həsənov müdafiə naziri təyin edilib. Səfər Əbiyev tutduğu postdan kənarlaşdırılb.
Qeyd edək ki, yeni müdafiə naziri Zakir Həsənov bu təyinatadək daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı idi.

Modern.az saytı onun tərcümeyi-halını təqdim edir.

General-leytenant Həsənov Zakir Əsgər oğlu 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir. 1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li Sərəncamı ilə Daxili Işlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilmiş, 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli  Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilmişdir.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif  mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il Sərəncamı ilə “Hərbi xidmətlərinə görə“ medalı, 30.06.2004-cü il tarixli 294 N-li Sərəncamı ilə “Azərbaycan Bayrağı“ ordeni ilə və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin  15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə “Sərhəddə fərqlənməyə görə“ medalı ilə təltif edilmişdir.
Ailəlidir. İki övladı var.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir