Azərbaycanda yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəblərin sayı kəskin artırılır. 2026–2027-ci tədris ilində layihənin 90 məktəbi əhatə etməsi nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, yeni təmayül tədris modeli layihəsi 2024–2025-ci tədris ilində 5 məktəbdə tətbiq edilməyə başlayıb. 2025–2026-cı tədris ilində isə layihənin əhatə dairəsi genişləndirilərək məktəblərin sayı 14-ə çatdırılıb.
Eşqi Bağırov qeyd edib ki, layihənin ilk məzunlarının 95 faizi ali təhsil müəssisələrinə qəbul olunub:
“Bu ilkin nəticə modelin daha geniş miqyasda tətbiqi üçün əsas yaradır. Yeni tədris ilində layihənin 90 məktəbə genişləndirilməsini nəzərdə tutmuşuq. Bu siniflərdə təhsil almaq üçün qısa müddət ərzində 20 minə yaxın müraciətin daxil olması modelə yüksək marağın olduğunu göstərir”.