Arxiv
18 Aprel 2014, 15:07 | ÖLKƏ
Deputat parlamentdə benzinin bahalaşmasına ETİRAZ ETDİ

Bu gün Milli Məclisin yığıncağında millət vəkili Fərəc Quliyev çıxış edərək bəzi məsələlərə toxunub. Modern.az saytı deputatın çıxışını təqdim edir: 

“Mən Hesablama Palatasının büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı fəaliyyəti bölümü ilə tanış olduqda 2013-cü ildə palata tərəfindən Nazirlər Kabinetinə 16 təklif getdiyini müşahidə etdim . Bunlar təbii ki, dəyərli təkliflərdirlər amma təəssüf ki, indi burda Hesablama Palatasının rəhbəri də dedi ki, millət vəkillərinin də fikirləri nəzərə alınmışdır. Mən bu parlamentdə çıxış eləyib Milli Məclisin ehtiyat fondu məsələsini qaldırmışdım, bir başqa formada başqa deputatlar da bu məsələyə toxunmuşdurlar.

Elə həmin bölümdə göstərilir ki, əlavə olaraq 44 milyon manatlıq vəsait ayrılmışdır ki, beynəlxalq təşkilatlarla görüşlər, səfərlər və s. ilə bağlı Azərbaycanın imici ilə bağlı işlər görülsün. Baxsaq o səfərlərin tərkibinə görərik ki, bu istiqamətdə ən böyük işləri Milli Məclis görüb. Deputatlar  müəyyən yerlərə gedibdir, ən ciddi məsələləri beynəlxalq təsisatlarda Milli Məclis üzvləri, nümayəndə heyyətləri  qaldırıbdır. Biz burda məsələ qaldırdıq ki, Milli Məclisin vəsaiti ilə bu işləri görmək mümkün deyil. Bu vəsaitlə, Milli Məclis potensialının 10 faizini belə istifadə edə bilmir. Bəlkə bu mənim subyektiv fikrimdir, amma düşünürəm  hər halda bu belədir.

Mən özüm bir neçə parlamentlərarası dostluq qrupunun tərkibindəyəm və görürəm ki, nə qonaqları qəbul etmək imkanı olur, nə səfərlərə getmək imkanı olur, nə konfranslar qurmaq olur. Əlbəttə Milli Məclis imkan daxilində bunların hamısını etməyə çalışır. Amma Milli Məclisin Ehtiyat Fondunun yaradılması çox mühim məsələdir. Milli Məclis bütün strukturlarla işləyir. Hesablama Palatası daxil olmaqla bütün icra orqanlarında faydalı çalışmaları üçün   onlara lazim olan qanun bazası hazırlanır . Milli Məclis üzvlərinə isə bu yanaşma tətbiq edilmir. Deputatlar təvazökarlıq edirlər. Hələ mən Bakıdan bir dairədən seçilmiş deputatam. Bakıda belə xeyli çətinliklər var.Rayonlardan seçilən millət vəkilləri daha şox əziyyət çəkirlər. Beynəlxalq arenada , rayonlarda işləmək lazımdır. Bugün Azərbaycanın  hər tərəfdən üzərinə düşübdürlər.  Din pərdəsi altında, başqa maskalarda  üzərimizə düşübdürlər. Bizə qonşu olan və bizi sevməyən dövlətlər üzərimizə düşübdürlər. Müəyyən işlər görürlər. Deputatlar cəmiyyətlə hakimiyyət orqanları arasında ən ciddi körpüdür. Onlara şərait yaratmaq lazımdır ki, yerlərə getsinlər, rayonlara getsinlər, insanlarla görüşsünlər. Allahşükür Paşazadə dini rəhbərdir, yerlərə gedir, amma bizim özümüzündə getməyimiz lazımdır. Şərait yaratmaq lazımdır. Deputat  adi bir avtomobillə belə, təmin olunmayıbdır. İcra aparatlarında şöbə müdirlərinə avtomobillər verilir. Bəzən bunu deputatlar demirlər. Kim əgər başqa yerdə işləyirsə və əgər avtomobilə ehtiyacı yoxdursa imtina edə bilər. Milli Məclis bu və başqa istiqamətlərdə  təmin olunmalıdır və mən bir daha məsələ qaldırıram ki, bu məsələ Milli Məclisin Ehtiyat Fondunun formalaşdırılması Nazirlər Kabineti tərəfindən nəzərə alınsın, həm də Hesablama Palatası bir daha bu məsələni ora 16-cı təkliflə birgə 17-cisi kimi qaldırsın ki, Milli Məclisin özünün ehtiyyat fondu yaradılsın. Bu çox mühim bir məsələdir.


İkinci məsələ olaraq  mən parlamentdə bir dəfə çıxış elədim və Azərbaycanda 98 markalı benzininin qiymətinin sərbəst buraxılması ilə bağlı fikir bildirdim. Bildirdim ki, o qiymətin sərbəst buraxılması normal hal deyil. Çünki açıq şəkildə yanacaqla bağlı qiymətin formalaşmasının mövcud mexanizmi qanunvericiliyə birbaşa ziddir.Qanunvericiliyə görə, kimin istehsal etməsindən asılı olmayaraq Azərbaycan ərazisində yanacağın qiymətini dövlət tənzimləyir. Mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər qanunvericiliklə qiymətləri dövlət tənzimləməsində  olan məhsullara müvafiq tənzimlənən qiymətləri tətbiq ediblər.  Bu qanundan çıxış edən Nazirlər Kabineti də 2005-ci ildə qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısını tərtib edibdir. 39 adda mal, iş, xidmət qrupu  var orda və  neft məhsulları da ora daxildir. Neft məhsullarının harda istehsal olunmasından asılı olmayaraq qiyməti tənzimlənməlidir. Bu azmış kimi son zamanlar 95 markalı benzinin də artıq başqa ad qoyaraqdan qiyməti, Tarif Şurasında baxılmadan qaldırılıb. Mən hesab edirəm ki, Hesablama Palatası bu məsələyə də münasibət bildirməlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15