Modern.az

«Gözəllik sirləri» seriyasından növbəti kitab

«Gözəllik sirləri» seriyasından növbəti kitab

İqtisadiyyat

12 İyun 2010, 11:03

«Gözəllik sirləri» seriyasından nəşrlər müəllifi Aynur Qurbanqızının «Üz dərisinə mükəmməl qulluq» adlı növbəti kitabı işıq üzü görüb. Kitabda təravətli, qırışsız, parlaq üz dərisinə, cazibədar simaya sahib olmaq istəyən xanımlar üçün üz dərisinə qulluqla bağlı bütün məqamlara toxunulub.

O cümlədən sızanaq, civzə, ləkə, qara nöqtələr kimi dəri problemi yaşayanlar, gözaltı torba və qaralmalardan əziyyət çəkənlər də bu kitabdan yararlana bilərlər. Burada həmçinin üz kremlərinin düzgün seçimi, bütün dəri tipləri üçün müalicəvi qulluq, üzün təravətləndirilməsi üçün masaj və gimnastika qaydaları, gözlər, gözətrafı dəri, kirpik və qaşlara, dodaqlara xüsusi qulluq proqramı, hər yaşa və hər fəsilə görə dəriyə qulluq, kosmetikanın düzgün təmizlənməsi, qırışların qarşısını almaq, üzün ağardılması, «artıq» tüklərdən necə azad olmaq, gözəllik prosedurları, üz və burun əməliyyatları, göz qapaqlarında sallanan artıq dəridən birdəfəyə necə azad olmaq haqqında məlumatlar və bir çox faydalı yazılar yer alıb.

Kitabda kişilər üçün də dəriyə qulluqla bağlı xüsusi bölmə ayrılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır