Arxiv
27 İyul 2010, 19:16 | FOTOSÖHBƏT
Deputat Sabir Rüstəmxanlı ilə fotosöhbət

Sabir Xudu oğlu Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Filologiya elmləri doktorudur. Azərbaycanın xalq şairidir. «Şöhrət» ordeni ilə təltif edilib. Dünya Azərbaycanlıları Konqresinin həmsədridir. 30-dan çox kitabın müəllifidir, onlardan 10-u xarici ölkələrdə çap edilib. Rus və fars dillərini bilir. 1967-ci ildən «Ədəbiyyat və incəsənət» qəzetinin redaksiyasında kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, xüsusi müxbir, 1978-ci ildən «Yazıçı» nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989–1991-ci illərdə «Azərbaycan» qəzetinin baş redaktoru olmuşdur. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992–1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb. Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Hazırda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür. İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndəheyətinin üzvü və Siyasi komitənin üzvüdür. Evlidir, 4 övladı var.

 

Anaya əskər məktubu. 1974 cü il:

- Nə sənə, nə mənə yaraşar bu qəm  

Şükür, dava-dalaş qoxusu yoxdur

  Əziyyət... mən ona öyrəncəliyəm   Ayrılıq tanışdır, qorxusu yoxdur

.

 

Sovet Ordusunda əsgər yoldaşlarımla.

 

Bu şəkildə 25 yaşım var.

Professor Abbas Zamanovla 1971-ci ildən tanış olmuşduq. O mənə Cavad xanın şəklini bağışlamışdı. Evi Azərbaycan ziyalılarının və Türk dünyasından gələn qonaqların tez-tez toplaşdığı bir yer idi.

 

Şəhərdən kəndə getmişəm. Təbiətlə baş-başa...

 

Oxucularıma avtoqraf verirəm.

 

Məni susuz qoyub dərin dəryalar Bu bulaq yanğımı söndürəcəkdir.   Evimizə qayıtmışam

 

Dördüncü mikrofon Azərbaycanın müstəqillik aktına imza atan “Müstəqil Azərbaycan” deputat qrupunun əsas tribunası idi.

1991-ci ilin avqust ayında bizi ölümümüzə vurmuşdular. Ancaq yaşadıq və mübarizəmizdən dönmədik

 

1988-ci il meydan epopeyasının baş qəhrəmanları. 18 gün meydanı idarə edən biz olmuşduq. Sağda Nemət Pənahlı, solda Məhəmməd Hatəmi.

 

1988-91-ci illərdə hər birimizin ağlının, iradəsinin, gücünün sınağa çəkildiyi bir vaxtda görkəmli alim, ictimai-siyasi xadim Aydın Məmmədov ən yaxın sirdaşlarımdan biri idi.

 

Milli Məclisdə növbəti mübahisələrdən biri. Sədr Elmira Qafarova mədəni adam idi. Dinləyir, cavab vermirdi. Görünür dediklərim ağlına batmırdı.

Azadlıq meydanının tribunası. Xəlil Rza Ulutürk yenə öz işindədir. Türkiyədən həmin gün gələn İbrahim Bozyel Elçibəylə nəsə müzakirə edirlər. Mən isə növbəti çıxışa hazırlaşıram.

Milli Məclisdə növbəti mübahisələrdən biri. Hadisənin episentrində olanlardan biri də mənəm.

1990-cı il 20 yanvar faciəsindən sonrakı yaslı günlərimiz.

 

Monqolstana səfər zamanı Ulan-Batordan 5-6 saatlıq yolda 700 baş ilxıya baxan gənc monqol ailəsinin qonağı olmuşdum. Bozqırda ilxıçı ilə at çapmış, qımız içib cüyür əti yemişdik.

 

Böyük Çin səddində...

 

Türkiyənin sabiq baş naziri Tansu Çillərlə görüşərkən.

 

Tənzilə xanımla birgə tədbirdəyik. Yanlmdakı dostumuz Ibrahim Bozyeldir.

 

2007-ci il. Asiya vəAfrika ölkələri gənc yazıçılarının Bişkek konfransında.

 

Zamanın bir anı. Hamıya tanış simalar.

Hindistanın paytaxtı Dehlidə bir niyyət sütunu var. Bu şəkildə sütunu qucaqlaya bilsən, əllərin bir-birinə çatsa, niyyətin qəbul olunur. 

 

İlyas İsmayılovun bağında Pənah Hüseynlə ilk və son dəfə nərd oynamışdıq. 

Bu atam və anamla birgə bəlkə də yeganə şəkilimdir. Xəstə olsalar da, ovqatları xoş idi və kənddəki bağçamızda bacılarımla birgə oturmuşduq.

Hələ aramıza nifaq girməmişdi...

Türk dünyası Araşdırmalar Mərkəzinin genel başkanı, bütün ömrünü Türk birliyi uğrunda mübarizəyə sərf etmiş professor Turan Yazqan. 20 illik dostum və məsləkdaşım.

 

Adam bir daşa, qayaya dönüb bu əbədiyyət karvanına qoşulmaq istəyir. Doğma dağlara qayıdanda bu duyğu ürəyimi tərk etmir.

 

Elçibəylə görüşlərimizin bir anı...

Mətbuat və informasiya naziri olarkən...

 

İqbal Ağazadə ilə birlikdə deputat statusunda Biləsuvarda yerləşən qaçqın şəhərciyinə getmişdik.

 

Bəxtiyar Vahabzadə mənim müəllimim olub. Həm də demək olar ki, hər gün zəngləşib hal-əhval tutduğum dostum, məsləkdaşım idi. Hərdən mənə deyirdi: “Niyə bu millət üçün yanan adamların sayı belə azdır?”

 

Uzaq sahillərdəyik...

 

2007-ci ildə gənclərlə görüş.

Mahmud Çöhrəqanlı ilə Təbrizdə, Bakıda, İstanbulda, Vaşinqtonda çox görüşlərimiz olub.

 

Azərbaycanın xalq yazıçısı Hüseyn Abbsazadə (ortada) hələ 4 cü kursda oxumağıma baxmayaraq məni “Ədəbiyyat və İncəsənət” qəzetinə işə götürmüşdü. Soldakı xalq yazıçısı Sabir Əhmədli həmin günlərdən başlayaraq ölümünə qədər ən yaxın dostum və sirdaşım olub. Allah hər ikisinə rəhmət eləsin!

 

Türkiyədə Sabir Rüstəmxanlı günü keçirilir.

Milliyətçi Hərəkat Partiyasının genel başqanı Dövlət Baxçalı Türkiyədə ən çox sayqı duyduğum adamlardan biridir. Ankaraya hər gedişimdə onunla mütləq görüşürəm.

Vətəndaş Həmrəyliyi Partiyasının fəalları arasında.

 

"Göy Tanrı" romanımın müzakirəsi zamanı. Məndən solda: Firidun Ağasıoğlu, Qabil və Anar.

 

Ankarada Məhəmməd Əmin Rəsulzadənin qəbri başında. Millət vəkili Fəzail İbrahimli ilə birlikdə.

 

Tənzilə xanımla kütləvi tədbirdəyəm.

 

Uqanda. Nil çayının başlanğıcında...

 

Ortada Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovdur, soldakı gənclik dostum Muxtar Şaxanov. Türkiyənin Elazığ şəhərində onlarla son görüşlərimizdən biri. Çingiz Aytmatov xoşbəxt idi. Böyük planlardan danışırdıq, ölümün bu qədər yaxında olduğunu heç birimiz hiss etmirdik.

“Cavad xan” filminin çəkilişi zamanı qan yaddaşım yenidən dirilmişdi...

Bu da maraqlı bir fotodu...

Ömür keçir, gün keçir...

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan neftinin qiyməti 56 dolları ötdü 20 Yanvar 2021, 11:48 Sumqayıtda karantini pozan restoran sahibi saxlanıldı 20 Yanvar 2021, 11:42 Baş Konsulluq 20 Yanvarla bağlı qısa film hazırlayıb - VİDEO 20 Yanvar 2021, 11:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı 20 Yanvar 2021, 11:32 Şuşanın azad edilməsi gün şəhidlərimizin ruhu rahatlıq tapdı - VİDEO 20 Yanvar 2021, 11:26 “Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq” - Sahibə Qafarova 20 Yanvar 2021, 11:20 Nazir polis rəisini işdən azad etdi 20 Yanvar 2021, 11:18 Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Göyçayda keçmiş məhkumdan narkotik götürüldü 20 Yanvar 2021, 11:14 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalı öz hesabına Şuşada məktəb tikdirəcək  - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49