Modern.az

Rusiyalı deputat: “Qarabağ problemi böyük ölçüdə həll olunub”

Rusiyalı deputat: “Qarabağ problemi böyük ölçüdə həll olunub”

Dünya

27 Noyabr 2014, 10:31



“Dağlıq Qarabağ problemi böyük ölçüdə həll olunub: Sözsüz ki, Dağlıq Qarabağ öz müstəqilliyindən imtina etməyəcək”. Modern.az saytı xəbər verir ki, bunu Den-TV kanalına müsahibəsində rusiyalı siyasi xadim, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib. Onun sözlərinə görə, müstəqilliyin tanınması üçün erməni tərəfi Azərbaycana Dağlıq Qarabağdakı hərbi qüvvələrin nəzarətində olan rayonları geri qaytarmalıdır:

“Ancaq erməni tərəfi bu rayonlara girov kimi yanaşır, danışıqlar prosesində bir vasitədir, əlbəttə münaqişənin ümumi həlli ilə bağlı razılaşma olmadan Azərbaycana verməyəcək”.

Müharibənin yenidən başlanması ehtimalına gəldikdə, Zatulin qeyd edib ki, Qarabağdakı hərbi qüvvələr  faktiki olaraq yüksəkliklərə nəzarət edir, Azərbaycan tərəfi hansısa irəliləyişə nail olmağa cəhd edərsə böyük itki verə bilər.

  Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?