Modern.az

Partiya qərargahı partladıldı

Partiya qərargahı partladıldı

22 Oktyabr 2015, 22:16

Ukraynanın Denepropetrovsk vilayətində naməlum şəxslər “Dirçəliş” partiyasının qərargahına partlayıcı maddə atıblar. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, hadisə zamanı binada olan mühafizəçi qəlpə yaraları alıb.

Məlumatda qeyd edilir ki, oktyabrın 21-dən 22-nə keçən gecə yerli vaxtla saat 00:30-da partiyanın Sarı su şəhərindəki binasına iki naməlum şəxs yaxınlaşıb. Onlardan biri qapının şüşəsini sındıraraq içəriyə partlayıcı tullayıb. Partlayış nəticəsində binanın şüşələri çilik-çilik olub, tavan dağılıb. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir