Modern.az

Azərbaycanda hər 60 ailədən 6-da sonsuzluq problemi var...

Azərbaycanda hər 60 ailədən 6-da sonsuzluq problemi  var...

Ölkə

29 Dekabr 2010, 16:12

Son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da sonsuzluq problemi böyüyür. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gənclər arasında bu rəqəmin 13 faiz olduğunu bildirib.
Qeyd edək ki, bizdə çox ailələr məhz bu problemə görə dağılır. Bu problemin qarşısını almaq məqsədilə Milli Məclisin Sosial siyasət komitəsi qanun layihəsi də hazırlayıb. Qanun gənclərin ailə qurmamışdan əvvəl həkim müayinəsindən kecməsini tələb edir. Bir çox ziyalılar düşünür ki, bu qanunun qüvvəyə minməsi  problemin azalmasın kömək edə bilər.  

“Sonsuzluq ciddi problemdir. 12-18 yaş qurupunu əhatə edən qızlarda yunurtalıqların polikistozu problemi çox yayılıb. Bu problem və eyni zamanda oğlanların infeksion xəstəliklərin daşıyıcısı olması sonsuzluq problemini artıran faktlardandır”.
Bu sözləri “Ömür” klinikasının direktoru, ali dərəcəli həkim, ginekoloq, USM mütəxəsisi Gülnarə Soltanqızı Modern.az-a acıqlamasında deyib.  
G.Soltanqızının sözlərinə görə, bu problemin müalicəsi və müayinəsinə, epidemioloji faktor kimi araşdırılması üçün evlənən çütlüklərin nigahdan öncə müayinədən kecməsi vacibdir. Nəticədə qohum evlilikləri zamanı qüsurlu uşaqların doğulmasının qarşısı da alınar və eyni zamanda həm insanın psixologiyasında, həm də orqanizmdə olan digər nöqsanlar ortaya  çıxar.     Mütəxəssis bildirir ki, sonsuzluğu  yaradan  bir sıra səbələr var: “Qız uşaqlarının tsikl pozğunluğunun olması kinikal infatilizmə səbəb olur və reproduktiv sonsuzluğa təsir edir. Bu birinci sonsuzluq adlanır. Normadan artıq çəkinin olması, boyun inkişafında və bədən qamətinin dəyişməsində olan əlamətlər, kirsulidizm, yəni arzuolunmaz tüklərin olması valideynlərin diqqətini cəlb etməlidir. Bu problemləri olan insanlar ginekoloqa müraciət etməli, ən azı ultasəs müayinədən kecməlidir”.   

G.Soltanqızı eyni zamanda digər bir problemə də toxunub. Onun sözlərinə görə, qızların ailə qurmazdan öncə  gineqoloqa müraciət eyməsi cəmiyyət tərəfindən nomal qarşılanmır və mentalitetə zidd hesab olunur: “Valideynlərdə olan  bu fikir yanlışdır. Kliniki əlamət görən kimi, mütləq həkimə müraciət edilməlidir. Bu sonradan baş verəcək problemlərin də  qarşısını ala bilər”.   Oğlanlarda səsin qız səsi kimi olması, tüklənmənin zəif getməsi və hər hansı infeksiyanın daşıyıcısı olması gələcəkdə ailə qurarkən sonsuzluğa səbəb ola bilər.  

G.Soltanqızı bildirib ki, sonsuzluq probleminə görə, həkimə daha çox xanımlar müraciət edirlər. “Adətən ailədə uşaq olmayanda fikirləşirlər ki, ancaq qadın tərəfindəndir. Əvvəllər statistik məlumatlarda belə idi ki, 70% qadınlarda, 30% kişilərdə sonsuzluq olurdu. Amma artıq bu rəqəm bir qədər dəyişib. Hər qurulan 60 ailədən 6-da sonsuzluq olur. Bu özü artıq ciddi göstəricidir”. 

Xanımların erkən nikaha daxil olması da bu problemin artmasına səbəb olur. Bu məsələ daha çox Cənub bolgəsində və Gürcüstanda yaşanşır: “Erkən nikaha daxil olan xanımlarda hələ orqanızm tam formalaşmamış olur. Bu çür qızlar hec həyatı dərk etmirlər. Burada hansı sonsuzluqdan söhbərt gedə bilər”. Bu gün belə problemlərlə tez-tez rastlaşdığını deyən həkim qeyd edib ki, ola bilər kecmişdə nənələrimiz 13-14 yaşlarında ailə qurublar: “İndi ekologiya tam başqa cürdür, insanlarda cılızlaşma gedir. Bu baxımdan qızların erkən evlənməsinə qarşıyam. Təhsil almaq daha vacibdir, qoy qızlarımız oxusun”.  

Bəzi mütəxəssislər yazırlar ki, iki il birgə həyatdan sonra sonsuzluq haqqında düşünmək lazımdır. G.Soltanqızı isə vuğulayib ki, artıq bu göstərici aşağı enib. Ailə quran şəxslərin bir il ərzində övladı olmursa, deməli artıq sonsuzluq haqqında fikirləşməlidirlər.    

Sədaqət SÜLEYMANOVA.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı