Yeni il bayramı xüsusi ilə qeyd otdiyimiz bayramlar sırasındadır. Əvəllər orta məktəb şagirdləri də bu bayramı təhsil aldıqları ocaqlarda qeyd edirdilər. Amma artıq həmin ənənə pozulub. Təhsil Nazirliyi Yeni il bayramını məktəblərdə qeyd etməyə içazə vermir.
Bununla belə, əldə etdiyimiz məlumatlara görə, orta məktəblərdə Yeni il tədbirlərinin keçirilməsi üçün pul yığılması halları bu il də olub. Görünür bu ənənəni aradan qaldırmaq hələ uzun zaman tələb edəcək.
Məsələni aydınlaşdırmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı ilə əlaqə saxladıq. Zəminə Əliqızı Modern.az-a acıqlamasında bidirdi ki, artıq orta məktəb şagirdləri qış tətilinə buraxılıblar. “Dərslər ayın 6-da başlayacaq. Əgər məktəblərdə Yeni il bayramı qeyd olunubsa, bu ancaq rəsmi qaydada, necə tapşırılıbsa eləcə də olub, Digər ənənəvi tədbirlər kecirilməyib”.
Orta məktəblərdə bayramın qeyd olunması üçün pul yığılmadığını deyən Z.Əliqızı bildirdi ki, bu barədə vətəndaşlara müraciət edilib: “Bu barədə insanlara müraciət etmişdik ki, məktəblərdə pul yığılması halları olarsa, bizim “qaynar xətt”ə müraciət etsinlər, ancaq ciddi bir şikayət daxilolmayıb”.
Sədaqət SÜLEYMANOVA