Modern.az

Azərbaycanda "Eurovision 2011" Milli Seçiminin sonuncu iki finalçısı məlum oldu

Azərbaycanda "Eurovision 2011" Milli Seçiminin sonuncu iki finalçısı məlum oldu

Ölkə

1 Yanvar 2011, 12:34

İlhamə Qasımova

Nigar Camal

Modern.az xəbər verir ki, dekabrın 31-də İTV-nın canlı efirində keçirilən "Eurovision 2011" Milli Seçim turlarının sonuncu yeddinci həftəsinin qalibləri məlum olub. Müğənnilər İlhamə Qasımova və Nigar Camal finala vəsiqə qazanan sonuncu iştirakçılar olublar. 50% peşəkar münsiflərin və 50% tamaşaçıların səsverməsinin nəticələri belədir:

İlhamə Qasımova – 12 xal Nigar Camal – 12 xal Azad Şabanov – 10 xal Günay Əhmədova – 8 xal Nigar Dərgahzadə - 7 xal Səbinə Məmmədova – 6 xal Lalə Əliyeva – 5 xal Davud Əsgərli – 4 xal Sadıx Ağamalıyev – 3 xal Tahir Quliyev – 2 xal Habil Əhmədov – 1 xal Orxan Nəsibov – 0 xal

Beləliklə, “Eurovision-2011” Milli Seçimin fevralda keçiriləcək finalında 10 iştirakçı - Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barkley, Arzum Xəlilova, Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, İlhamə Qasımova və Nigar Camal mübarizə aparacaq. “Eurovision-2011” beynəlxalq mahnı yarışması gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində təşkil olunacaq. Modern.az 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dəb olan fahişəlik, artan qiymətlər, maaş problemi - İqbal Ağazadəylə Gündəm Masada