Modern.az

Azərbaycanda "Eurovision 2011" Milli Seçiminin bütün yarımfinalçıları (FOTOLAR)

Azərbaycanda "Eurovision 2011" Milli Seçiminin bütün yarımfinalçıları (FOTOLAR)

Ölkə

4 Yanvar 2011, 00:43

Azərbaycanı “Eurovision-2011” beynəlxalq mahnı yarışmasında təmsil edəcək ifaçını seçmək üçün bu ilin fevralında Bakıda Milli Seçim turlarının final mərhələsi keçiriləcək. Finaldan öncə 10 iştirakçı yarımfinalda mübarizə aparacaq. Artıq onların hamısı məlumdur. Yarımfinal yanvarın 10-dan 14-nə kimi əvvəlki qayda ilə keçiriləcək. 10 nəfərdən 5-i finala vəsiqə qazanacaq. Bu mərhələ də İTV vasitəsi ilə canlı yayımlanacaq.

Yarımfinalçılar Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barkley, Arzum Xəlilova, Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, İlhamə Qasımova və Nigar Camaldır.

“Eurovision-2011” beynəlxalq mahnı yarışması gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində təşkil olunacaq.

Modern.az fevralda Milli Seçim turlarının final mərhələsində “Eurovision-2011"ə 1 vəsiqə uğrunda yarışacaq bütün iştirakçıları sizə tanıdır.

 

Çingiz Mustafayev

 

İlhamə Qasımova

 

Arzum Xəlilova

 

Nikola Barkley

 

Aynişan Quliyeva

 

Nurlan Növrəsli

 

İlqarə İbrahimova

 

Eldar Qasımov

 

Günay İbrahimli

 

Nigar Camal

  Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı