Modern.az

Müsavat Partiyasının daha iki funksioneri istefa verib

Müsavat Partiyasının daha iki funksioneri istefa verib

Ölkə

4 Yanvar 2011, 19:12

Müsavatda istefalar davam edir. Qurumun daha iki tanınmış funksioneri - başqan müavini, professor Qabil Hüseynli və Divan üzvü, professor Adil Qeybulla partiyadan istefa veriblər. Modern.az-ın məlumatına görə, elə bu gün Qabil Hüseynli və Adil Qeybulla istefalarının səbəbləri barədə birgə bəyanat yayıblar. Bəyanatda bildirilib ki, hər iki şəxs partiyadan mənəvi-etik səbəblərdən istefa veriblər. "Uzun ullər sıralarında olduğumuz, bərpasında, inkişafında və cəmiyyətdə nüfuzunun artmasında xidmətlərimiz olan Müsavat Partiyaları sıralarından istefa verdiyimizi dərin təəssüf hissi ilə bəyan edirik. Mənəvi-etik səbəblərdən istefamızın səbəbləri üzərində dayanmağı lüzum bilmirik və bunu zamanın və tarixçilərin öhdəsinə buraxırıq".

Adil Qeybulla və Qabil Hüseynlinin bəyanatında bildirilib ki, onlar Müsavat Partiyasından istefa versələr də, siyasi fəaliyyətlərini davam etdirəcəklər: “Böyük Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu ideyalara sadiq qaldığımızı bir daha təsdiq edirik. İlk vaxtlar “Müsavat irsi və müasirlik” adlı ictimai-siyasi qurum yaratmaqla siyasi maarifləndirmə istiqamətində fəaliyyətimizi davam etdirmək niyyətindəyik”.

Qeyd edək ki, bir müddət öncə Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər və Divan üzvü İbrahim İbrahimli də qurumdan istefa veriblər.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı