Modern.az

Gəncənin uşaq bağçalarında təhlükə var

Gəncənin uşaq bağçalarında təhlükə var

Ölkə

4 Yanvar 2011, 22:16

Gəncədə məktəbəqədər tərbiyə müəssisələrinin qışa hazırlığı ilə bağlı apardığımız araşdırma bir sıra həqiqətləri ortaya çıxardı. Birincisi aydın oldu ki, ölkənin ikinci böyük şəhərinin bağçalarında ciddi problemlər var, bu müəssisələrin əksəriyyəti yararsız vəziyyətdədir. Statistk rəqəmlərə görə, Gəncə şəhərində sovetlər dönəmində tikilən 40-dan artıq məktəbəqədər tərbiyə müəssisəsində 4 mindən artıq uşaq oxuyur. Müəssisələrin heç birində ümumiyyətlə istilik sistemi yoxdur. Bağçaların demək olar ki, hamısı qadağan olunan üsulla mavi yanacaqla isidilir. Təlimata görə, bu tip tərbiyə ocaqlarında mavi yanacaqdan ancaq mətbəxtə istifadə olunması göstərilsə də, Gəncədə vəziyyət başqadır. Qaz cihazlarından otaqların qızdırılmasında da istifadə olunur.   Gəncənin 31 saylı Körpələr Evi-Uşaq Bağçasında istilik sistemi uşaqların bir addımlığında qurulub. Görünür aidiyyatı qurumlar bunları görməzdən gəlir. Hər halda, belə olmasa göz önündəki təhlükə aradan qaldırılardı. Məsələyə münasibət bildirən Gəncə Şəhər Təhsil İdarəsinin məktəbəqədər tərbiyə müəssisələri üzrə aparıcı məsləhətçisi Nəcabət Kalayeva mövcud vəziyyəti danaraq Modern.az saytına açıqlamasında bağçalarda ancaq odun sobalarından istifadə olunduğunu bildirib. “Bağcalarda ancaq odun sobalarından istifadə olunur. Ola bilsin bəzi tərbiyə müəssisələrində mavi yanacaqdan nəzərdə tutulmayan yerlərdə istifadə olunsun. Ancaq bu kütləvi şəkildə deyil. Yol verilən qanun pozuntuları aradan qaldırılacaq”-deyə N.Kalayeva bildirib. Gəncə şəhər Qaz İstismar İdarəsi və Fövqaladə Hallar Nazirliyinin Regional bölməsindən isə sadəcə şifahi şəkildə bildirilib ki, vəziyyət araşdırılacaq.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı