Modern.az

Abituriyentlər yanvarın 6-dan sınaq imtahanlarına yazılmalıdırlar

Abituriyentlər yanvarın 6-dan sınaq imtahanlarına yazılmalıdırlar

Ölkə

5 Yanvar 2011, 13:18

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il yanvarın 23-də Respublikanın 11 şəhərində sınaq imtahanları keçirəcək. Yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər.

Bunun üçün abituriyentlər qiyməti 3 manat olan TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. TQDK-dan Modern.az-a verilən məlumata görə, həmin kartları respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən, TQDK-nın “Abituriyent” satış köşkündən, eləcə də Komissiyanın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən əldə edə bilərlər.

Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılıb. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı