Modern.az

Bakıdakı marketlərdən yararsız ərzaq qurtarmır

Bakıdakı marketlərdən yararsız ərzaq qurtarmır

Ölkə

26 Oktyabr 2009, 14:15

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Modern az. nazirliyə istinadən xəbər verir ki, monitorinqlər zamanı Bakının Nərimanov rayonunda “Həsən market”də, Nəsimi rayonunda “İnam market”də, “Assorti market”də, “Güllər market”də, İlyas Hacıyevə, Ağaddin Məmmədova və Rauf Hacıyevə məxsus mağazalarda, Binəqədi rayonunda Qalib Rüstəmova məxsus mağazada, Gəncə şəhərində “F/M” və “Üç Qardaş” ərzaq malları mağazalarında ümumi çəkisi 170 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 53 hüquqi şəxsə 199,2 min manat, 524 fiziki şəxsə 783 min manat cərimə tətbiq olunub.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?