Azərbaycanda dekabrın 16-da müxtəlif rayon və şəhərlərdə yerləşən torpaq sahələrinin satışı və icarəyə verilməsi üzrə hərraclar keçiriləcək.
Modern.az FED.az-a istinadla xəbər verir ki, bu barədə torpaq müsabiqə və hərraclarının keçirilməsi ilə bağlı açıqlanan elanda bildirilib.
Hərraclar 2026-cı il dekabrın 16-da saat 15:00-da baş tutacaq. İştirak üçün ərizələr noyabrın 16-dan dekabrın 14-dək qəbul edilir. Torpaq sahələri Xızı, Siyəzən, Sabirabad, Mingəçevir, Astara, Kürdəmir, Qazax, Qusar, Şabran və Xaçmaz ərazilərində yerləşir.
Hərraca çıxarılan torpaqların bir hissəsi satış, digər hissəsi isə 15 il müddətinə icarə məqsədi daşıyır. Sahələr fərdi yaşayış evlərinin və sahibkarlıq obyektlərinin tikintisi, kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq, eləcə də futbol meydançasının inşası üçün nəzərdə tutulub.
Satışa çıxarılan torpaq sahələri arasında Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən 875 kvadratmetrlik sahə var. Nasosxana binasının tikintisi üçün nəzərdə tutulan bu torpağın ilkin qiyməti 14 280 manat, hərrac addımı isə 714 manat müəyyən edilib.
Siyəzən rayonunun Orta Calğan kəndində fərdi yaşayış evinin tikintisi üçün 1 200 kvadratmetr torpaq sahəsi satışa çıxarılıb. Sahənin ilkin qiyməti 8 724 manat, hərrac addımı 436 manatdır.
Sabirabad rayonunun Həşimxanlı kəndində sahibkarlıq məqsədilə 200 kvadratmetr torpaq sahəsi də satılacaq. Onun ilkin qiyməti 10 000 manat, hərrac addımı isə 1 000 manat təşkil edir. Qazax rayonunun Daş Salahlı kəndində sahibkarlıq məqsədilə ayrılmış 460 kvadratmetrlik sahənin ilkin qiyməti 13 500 manat, hərrac addımı 300 manatdır.
Xaçmaz rayonunun Əzizli kəndində fərdi yaşayış evi tikintisi üçün hər birinin sahəsi 1 200 kvadratmetr olan iki torpaq sahəsi satışa çıxarılıb. Hər iki sahənin ilkin qiyməti 8 160 manat, hərrac addımı 408 manat müəyyən edilib. İstisu qəsəbəsində isə fərdi yaşayış evi tikintisi üçün 93 kvadratmetr torpaq sahəsinin ilkin qiyməti 2 790 manat, hərrac addımı 140 manatdır.
İcarəyə veriləcək torpaqların qiymətləri illik əsasda müəyyənləşdirilib. Belə ki, Qusar şəhərində futbol meydançasının tikintisi üçün 1 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə təklif olunur. Sahənin bir illik ilkin icarə haqqı 1 500 manat, hərrac addımı 150 manatdır.
Ən böyük torpaq sahəsi Qusar rayonunun Yuxarı Tahircal kəndində yerləşir. Heyvandarlıq məqsədilə 15 il müddətinə icarəyə veriləcək 30 hektar örüş sahəsinin bir illik ilkin icarə haqqı 1 650 manat, hərrac addımı 165 manatdır.
Sabirabad rayonunun Qaraqaşlı kəndində heyvandarlıq üçün 11,81 hektar, 13,24 hektar və 23,9 hektar olmaqla üç torpaq sahəsi icarəyə çıxarılıb. Onların illik ilkin icarə haqları müvafiq olaraq 1 441 manat, 1 615 manat və 2 915 manatdır. Hərrac addımları isə 144, 161 və 292 manat təşkil edir.
Həmin rayonun Kovlar kəndində 15,2 hektar örüş sahəsinin illik ilkin icarə haqqı 1 854 manat, hərrac addımı 185 manatdır. Axısxa kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 hektar torpaq sahəsi illik 400 manata, heyvandarlıq üçün 3,43 hektar sahə isə illik 418 manata icarəyə təklif olunur.
Digər ərazilərdə də kənd təsərrüfatı təyinatlı torpaqlar hərraca çıxarılıb. Mingəçevir şəhərində 3,4 hektar sahənin illik ilkin icarə haqqı 520 manat, Astara rayonunun Ərçivan qəsəbəsində 5 100 kvadratmetr sahənin illik icarə haqqı 102 manat müəyyən edilib. Kürdəmir rayonunun Qarasaqqal kəndində 5,12 hektar torpaq sahəsi üçün illik ilkin icarə haqqı 768 manatdır.
Şabran rayonunda isə Gəndob, Zağlı, Düz Bilici, Pirəbədil və Xəlfələr kəndlərində müxtəlif təyinatlı torpaq sahələri icarəyə veriləcək. Sahələrin ölçüləri 2 hektardan 18,5 hektaradək, illik ilkin icarə haqları isə 202 manatdan 1 905 manatadək dəyişir.
Torpaq sahələrinin ilkin qiymətləri və digər şərtlərlə bağlı ətraflı məlumat almaq, eləcə də torpaq sahələri və müqavilə layihələri ilə tanış olmaq üçün iştirakçılar müvafiq ərazi şöbələrinə müraciət edə bilərlər. Tanışlıq üçün son tarix 15 dekabr 2026-cı ildir.
Hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq regional ərazi şöbələrində keçiriləcək.
Hərraca çıxarılacaq torpaqların siyahısını təqdim edirik:
| Sıra № si | Torpağı müsabiqə və ya hərraclara çıxaran hüquqi şəxs (bələdiyyə) | Müsabiqə və ya hərrac | Müsabiqə və ya hərracın keçirildiyi yer və əlaqə telefonu | Müsabiqə və ya hərraca çıxarılan torpaq sahəsi və satıcı ilə bağlanacaq müqavilənin layihəsi ilə tanış olma tarixi, vaxtı və ünvanı | Sahəsi (kv.m və ya ha.), satılır və ya icarəyə verilir (icarə ili) | Hərracda ilkin qiymət, hərrac addımı və ya müsabiqədə qiymət, icarədə bir illik icarə haqqı (manatla) | Hansı məqsəd üçün satılır və ya icarəyə verilir | Kateqoriya, uqodiya (təsərrüfat yeri) növü, keyfiyyət qrupu, şəhərlərdə və rayon mərkəzlərində zona | Torpaq üzərində hüququ təsdiq edən sənədin nömrəsi, çıxarışın nömrəsi və tarixi |
| 1 | Xızı rayonu Giləzi Bələdiyyəsi (Giləzi qəsəbəsi) | Hərrac | ƏMDX-nin Sumqayıt ərazi şöbəsi, Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 Tel: (018) 654 47 97 | 15 dekabr 2026-cı il tarixinədək Sumqayıt ərazi şöbəsi | 875 kv.m Satılır | 14280.00 714.00 | Nasosxana binasının tikintisi | Yaşayış məntəqələrinin torpaqları | 306012000836 |
| 2 | Siyəzən rayonu Yenikənd Bələdiyyəsi (Orta Calğan kəndi) | Hərrac | ƏMDX-nin Sumqayıt ərazi şöbəsi, Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 Tel: (018) 654 47 97 | 15 dekabr 2026-cı il tarixinədək Sumqayıt ərazi şöbəsi | 1200 kv.m Satılır | 8724.00 436.00 | Fərdi yaşayış evi | Yaşayış məntəqələrinin torpaqları | 305012001777 |
| 3 | Siyəzən rayonu Yenikənd Bələdiyyəsi (Kolanı kəndi) | Hərrac | ƏMDX-nin Sumqayıt ərazi şöbəsi, Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 Tel: (018) 654 47 97 | 15 dekabr 2026-cı il tarixinədək Sumqayıt ərazi şöbəsi | 5.4 ha İcarə (15 il) | 594.00 28.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 60 Əkin | 305012001779 |
| 4 | Sabirabad rayonu Güdəcühür Bələdiyyəsi (Həşimxanlı kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 | 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi | 200 kv.m Satılır | 10000.00 1000.00 | Sahibkarlıq | Yaşayış məntəqələrinin torpaqları | 909012002141 |
| 5 | Sabirabad rayonu Güdəcühür Bələdiyyəsi (Həşimxanlı kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 | 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi | 2 ha İcarə (15 il) | 590.00 59.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Ehtiyat fondu torpaqları III qrup Bonitet balı 59 Əkin | 909012002170 |
| 6 | Sabirabad rayonu Quruzma Bələdiyyəsi (Qaraqaşlı kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 | 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi | 11.81 ha İcarə (15 il) | 1441.00 144.00 | Kənd təsərrüfatı (Heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 49 Örüş | 909012002194 |
| 7 | Sabirabad rayonu Quruzma Bələdiyyəsi (Qaraqaşlı kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 | 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi | 13.24 ha İcarə (15 il) | 1615.00 161.00 | Kənd təsərrüfatı (Heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 49 Örüş | 909012002134 |
| 8 | Sabirabad rayonu Quruzma Bələdiyyəsi (Qaraqaşlı kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 | 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi | 23.90 ha İcarə (15 il) | 2915.00 292.00 | Kənd təsərrüfatı (Heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 49 Örüş | 909012002195 |
| 9 | Sabirabad rayonu Quruzma Bələdiyyəsi (Kovlar kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 | 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi | 15.20 ha İcarə (15 il) | 1854.00 185.00 | Kənd təsərrüfatı (Heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 51 Örüş | 909012002178 |
| 10 | Sabirabad rayonu Surra Bələdiyyəsi (Axısxa kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 | 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi | 2 ha İcarə (15 il) | 400.00 40.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar IV qrup Bonitet balı 33 Əkin | 909012002181 |
| 11 | Sabirabad rayonu Surra Bələdiyyəsi (Axısxa kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 | 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi | 3.43 ha İcarə (15 il) | 418.00 42.00 | Kənd təsərrüfatı (Heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar IV qrup Bonitet balı 36 Örüş | 909012002180 |
| 12 | Mingəçevir şəhəri Mingəçevir Bələdiyyəsi | Hərrac | ƏMDX-nin Mingəçevir ərazi şöbəsi, Mingəçevir şəhəri, H.Əliyev pros. 26/11 Tel:(024) 274 45 00 | 15 dekabr 2026-cı il tarixinədək Mingəçevir ərazi şöbəsi | 3.4 ha İcarə (15 il) | 520.00 52.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 44 Əkin | 902012001090 |
| 13 | Astara rayonu Ərçivan Bələdiyyəsi (Ərçivan qəsəbəsi) | Hərrac | ƏMDX-nin Lənkəran ərazi şöbəsi, Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 34 Tel: (025) 255 15 13 | 15 dekabr 2026-cı il tarixinədək Lənkəran ərazi şöbəsi | 5100 kv.m İcarə (15 il) | 102.00 10.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Ehtiyat fondu torpaqları II qrup Bonitet balı 84 Əkin | 801012001322 |
| 14 | Kürdəmir rayonu Cəyli Bələdiyyəsi (Qarasaqqal kəndi) | Hərrac | ƏMDX-nin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev pr.28 Tel:(020) 2130113 |
15 dekabr 2026-cı il tarixinədək Ucar ərazi şöbəsi | 5.12 ha İcarə (15 il) | 768.00 39.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 48 Əkin | 906012001186 |
| 15 | Qazax rayonu Daş Salahlı Bələdiyyəsi (Daş Salahlı kəndi) | Hərrac | ƏMDX-nin Qazax ərazi şöbəsi, Tovuz şəhəri, Şəhriyar küçəsi 3, Tel:(022) 315 43 19 | 15 dekabr 2026-cı il tarixinədək Qazax ərazi şöbəsi | 460 kv.m Satılır | 13500.00 300.00 | Sahibkarlıq | Yaşayış məntəqələrinin torpaqları | 501012002279 |
| 16 | Qusar rayonu Qusar Bələdiyyəsi (Qusar şəhəri) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 1 ha İcarə (15 il) | 1500.00 150.00 | Futbol meydançasının tikintisi | Yaşayış məntəqələrinin torpaqları | 301012079797 |
| 17 | Qusar rayonu Həzrə Bələdiyyəsi (Yuxarı Tahircal kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 30 ha İcarə (15 il) | 1650.00 165.00 | Kənd təsərrüfatı (Heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 54 Örüş | 301012079820 |
| 18 | Şabran rayonu Gəndov Bələdiyyəsi (Gəndob kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 2 ha İcarə (15 il) | 360.00 36.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar I qrup Bonitet balı 82 Əkin | 304012002646 |
| 19 | Şabran rayonu Gəndov Bələdiyyəsi (Gəndob kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 5 ha İcarə (15 il) | 850.00 85.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar I qrup Bonitet balı 62 Əkin | 304012002633 |
| 20 | Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Zağlı kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 2 ha İcarə (15 il) | 202.00 20.00 | Kənd təsərrüfatı (Heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 60 Örüş | 304012002639 |
| 21 | Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Düz Bilici kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 4.1 ha İcarə (15 il) | 414.00 41.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 60 Əkin | 304012002617 |
| 22 | Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Pirəbədil kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 5 ha İcarə (15 il) | 505.00 51.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Ehtiyat fondu torpaqları II qrup Bonitet balı 68 Əkin | 304012002374 |
| 23 | Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Xəlfələr kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 18.5 ha İcarə (15 il) | 1905.00 191.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Ehtiyat fondu torpaqları II qrup Bonitet balı 75 Əkin | 304012002620 |
| 24 | Xaçmaz rayonu Köhnə Xaçmaz Bələdiyyəsi (Əzizli kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 1200 kv.m Satılır | 8160.00 408.00 | Fərdi yaşayış evi | Yaşayış məntəqələrinin torpaqları | 302012005704 |
| 25 | Xaçmaz rayonu Köhnə Xaçmaz Bələdiyyəsi (Əzizli kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 1200 kv.m Satılır | 8160.00 408.00 | Fərdi yaşayış evi | Yaşayış məntəqələrinin torpaqları | 302012005702 |
| 26 | Xaçmaz rayonu İstisu Bələdiyyəsi (İstisu qəsəbəsii) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 93 kv.m Satılır | 2790.00 140.00 | Fərdi yaşayış evi | Yaşayış məntəqələrinin t |