Modern.az

Riyaziyyat və fizika deyil: ən intellektli uşaqlar bu təhsili alanlardır

Riyaziyyat və fizika deyil: ən intellektli uşaqlar bu təhsili alanlardır

Dünya

Bu gün, 03:39

ABŞ-ın Northeastern Universitetinin alimləri müəyyən ediblər ki, müntəzəm olaraq musiqi alətində ifa edən 7-9 yaşlı uşaqlar intellekt, yaddaş və təhsil bacarıqları üzrə testlərdə yaşıdlarından daha yüksək nəticələr göstərirlər.

Modern.az xəbər verir ki, tədqiqatın nəticələri “Developmental Cognitive Neuroscience” jurnalında dərc olunub.

Araşdırmada 175 uşağın məlumatları təhlil edilib. Onlardan 38-i həftədə 30 dəqiqədən çox musiqi ilə məşğul olub. Uşaqlar əsasən fortepiano, həmçinin skripka, violonçel, gitara və ukulele ifa ediblər.

Musiqi təhsili alan uşaqlar ümumi intellekt, məntiqi təfəkkür, şifahi anlama, məkan təfəkkürü və işçi yaddaş üzrə daha yüksək nəticələr göstəriblər. Onlar oxu, riyaziyyat və yazı tapşırıqlarını da daha yaxşı yerinə yetiriblər.

Alimlər musiqi ilə məşğul olan uşaqların beynində eşitmə və hərəkət mərkəzlərini birləşdirən sinir liflərində də müəyyən fərqlər müşahidə ediblər. Lakin statistik təhlildən sonra bu nəticə əhəmiyyətini itirib.

Tədqiqat müəllifləri vurğulayırlar ki, musiqi təhsilinin birbaşa intellekti artırdığını təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var. Nəticələrə ailə dəstəyi və digər inkişafetdirici məşğələlər də təsir göstərə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu