Modern.az

"Dövlətqaçqınkom": "Bəzi köçkünlərin "çörəkpulu" kəsiləcək"

"Dövlətqaçqınkom": "Bəzi köçkünlərin "çörəkpulu" kəsiləcək"

Ölkə

10 Yanvar 2011, 11:46

Nazirlər Kabineti məcburi köckünlərə “çörəkpulu” adlanan aylıq müavinətlərin verilməsi ilə bağlı qərarda bir sıra dəyişikliklər edib. Yeni qərara əsasən, hərbi qulluqculara, valideynlərindən sadəcə biri məcburi köckün olanlara, dövlət qulluğunda çalışan şəxslərə müavinətlərin ödənilməsi dayandırılacaq. Bu barədə Modern.az saytına Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov məlumat verib. Onun sözlərinə görə, sözügedən dəyişikliyə müvafiq olaraq  müəyyən olumuş şəxslərə “çörəkpulu” verilməyəcək, əvəzində bu pul daha çox ehtiyacı olan şəxslərə ödəniləcək.

“Dövlət qulluğunda çalışanlarla yanaşı, deputatların “çorəkpulu” kəsiləcək. Məqsəd daha çox ehtiyaçı olan insanlara yardım etməkdir”. 

Dövlət xətti ilə tikilən evlərdə məşkunlaşan məcburi köckünlərin də çörəkpulunun kəsiləcəyi ilə başlı mətbuatda yayılan xəbərləri təkzib edən S.Hüseynov bunları əsassız adlandırıb.  
“Bu haqda məlumatlar həqiqətə uyğun deyil. Çünki həmin evlər orada məskunlaşan məcburi köckünlərin müvəqqəti yaşayış yeridir”.

S.Hüseynov mətbuatda yayılan digər bir məlumata - məcburi köckünlərin Bakıdan rayonlara köcürülməsi ilə bağlı xəbərlərin də doğru olmadığını bildirib.
 ”Nazirlər Kabinetinin qərarı var ki, məcburi köckünlər harada məskunlaşıbsa, orada evlər tkiləcək. Rayonlara köcürülmə məsələsi yoxdur və həqiqətə uyğun deyil”.

Qeyd edək ki, hazırda məcburi köçkün statusuna malik vətəndaşlara ayda adambaşına 15 manat müavinət verilir.
Prezident İlham Əliyevin sərəncamı ilə ötən il sentyabrın 1-dən məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği 15 manat olub. Ona qədər məcburi köçkünlərə adambaşına ayda 13 manat 50 qəpik müavinət verilirdi.

"Dövlətqaçqınkom”un məlumatına görə, ötən ilin sonlarınadək 542 mindən çox məcburi köçkünə aylıq yemək xərci müavinəti ödənilib.

Sədaqət SÜLEYMANOVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı