Modern.az

Arif Hacılı: ““İstefa verən eks-müsavatçıların ABŞ səfirliyə çağırılmasının Müsavata nə dəxli var..?”

Arif Hacılı: ““İstefa verən eks-müsavatçıların ABŞ səfirliyə çağırılmasının Müsavata nə dəxli var..?”

Ölkə

10 Yanvar 2011, 12:00

“Müsavatdan istefa verən keçmiş Divan üzvlərinin ABŞ səfirliyinə dəvət edilməsinin partiyaya heç bir dəxli yoxdur”. Bu sözləri Modern.az -a Müsavat Partiyasının İcra aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, keçmiş həmkarlarnın səfirliyə çağırılması ilə bağlı məlumata malik deyil və məsələni şərh etmək istəmir.

“İstefa verib gedənlərin ABŞ səfirliyə çağırılmasının Müsavata nə dəxli var? Səfriliyə nəyə görə çağrıldıqlarının onların özündən soruşmaq lazımdır”-deyə A.Hacılı bildirib.

Qeyd edək ki, Müsavat Partiyasından istefa verən dörd nəfərdən üçü - Sülhəddin Əkbər, Adil Qeybulla və Qabil Hüseynli ABŞ-ın Azərbaycandakı səfirliyinə çağırılıb. Bu barədə dünən “Yeni Müsavat”a açıqlamasında Qabil Hüseynli məlumat verib.

Bu gün saat 10-da ABŞ səfirnin müavini Qabil Hüseynli ilə Adil Qeybullanı, saat 14-də isə Sülhəddin Əkbəri qəbul edəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı