Modern.az

Müasir Müsavat partiyasında ikitirəlik yaranıb

Müasir Müsavat partiyasında ikitirəlik yaranıb

Ölkə

10 Yanvar 2011, 13:29

Toplantıda tərəflər arasında narazılıqlar yaranıb  

Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında qurumun növbədənkənar keçirəcəyi qurultayı ilə bağlı toplantı təşkil olunub. Modern.az-ın məlumatına görə, toplantıda ənənəvi olaraq qurultaya hazırlıq, təşkilati məsələlərlə bağlı dinləmələr, qurultayın nizamnaməsinin yenidən işlənmiş variantı oxunub və müzakirəyə çıxarılıb.

Qeyd edək ki, MMP-də ölkədə keçirilən sonuncu parlament seçkilərindən sonra narazılıqlar pik həddinə çatıb. Hal-hazırda partiyada ikitirəlik hökm sürməkdədir. Bu toplantıda da nizamnamədə edilən dəyişikliklərin və partiyanın kursunun dəyişdirilməsi məsələsinin müzakirəsi zamanı Hafiz Hacıyevin tərəfdarları ilə narazı qrup arasında yenidən söz mübahisəsi yaranıb.

Mübahisəyə səbəb işlənib hazırlanmış nizamnamənin və partiyanın bundan sonrakı fəaliyyət planının köhnəsi ilə heç nədən fərqlənməməsi olub. Narazılığın aradan qaldırılmasına nail olan ağsaqqal təbəqə hər iki layihənin yenidən işlənib hazırlanması üçün işçi qrupuna xüsusi tapşırıqlar verib.

Beləliklə, MMP-də baş tutmuş toplantı nəticəsiz başa çatıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...