Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən cari ilin mart ayının ortalarından başlayaraq hüquqi və fiziki şəxslərə “Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi“ fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziyanın) verilməsi həyata keçirilir.
Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 1 oktyabr 2009-cu il tarixinədək qeyd olunan fəaliyyət növü ilə məşğul olmaq üçün 31 hüquqi və bir fiziki şəxsə lisenziya verilib.
Komətidən bildirilib ki, lisenziya verilməsinə başlanılan tarixdən indiyədək 40-a yaxın hüquqi və fiziki şəxs, qeyd olunan fəaliyyət növü ilə məşğul olmaq üçün zəruri lisenziya şərtləri və tələbləri ilə tanış olub, lakin həmin tələblərə üyğun müvafiq kadr potensialına malik olmadıqlarından lisenziya almaq üçün rəsmi olaraq sənəd təqdim edə bilməyiblər.
Xüsusi razılıq (lisenziya) verilmiş hüquqi və fiziki şəxslərin siyahısı:
• Dövlət Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu;
• Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu;
• Bakı Dövlət Layihə İnstitutu;
• “GRANDPROJE” Məhdud Məsuliyyətli Cəmiyyət;
• “Arxin-M LTD” Məhdud Məsuliyyətli Müəssisə;
• Babakişiyev Rasim Cəlal oğlu, fiziki şəxs;
• ”Attila” Kiçik Müəssisəsi;
• Azərbaycan Respublikası DİN ƏTİ-nin İxtisaslaşdırılmış Layihə Konstruktor Texnoloji Bürosu;
• Sabunçu rayon İcra Hakimiyyətinin Layihə Smeta Bürosu;
• “KAPİTEL” Məhdud Məsuliyyətli Cəmiyyət;
• “KRİSTAL İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyət;
• “Azeriland Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyət;
• “AZƏRDÖVLƏTMAŞLAYİHƏ İNSTİTUTU” Törəmə Açıq Səhmdar Cəmiyyəti.
• “Sun Qrup menecment” Məhdud Məsuliyyətli Cəmiyyət;
• “Azəryolelmitədqiqatlayihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyət
• “Bakımetrolayihə” İnstitutu
• “Təmirçi” Kiçik Müəssisə
• “İstilik Sistemləri Layihə-Smeta Elmi-Tədqiqat Mərkəzi” MMC
• "Arxitektura və Dizayn" MMC
• "Kaspian İncinerinq Kompani" MMC
• "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyəti
• "Fateh" şirkəti
• "Azərrabitəlayihə" Layihə-Axtarış Kontoru
• "TEXNOMOST" Layihə İstehsalat müəssisəsi
• "Təməlsu Uluslararası Mühendislik Hizmetletleri Anonim Şirkəti"
• "AİKON SPİT" MMC
• "Müdrik" MMC
• "Velensa" İstehsalat Kommersiya firması
• Xəzər Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi
• "AzVirt" Məhdud Məsuliyyətli Cəmiyyəti
• "Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti
• Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu