Modern.az

Qaçqınlar tezliklə BDU-nun yataqxanalarından çıxarılacaq

Qaçqınlar tezliklə BDU-nun yataqxanalarından çıxarılacaq

Ölkə

27 Oktyabr 2009, 15:10

Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlər tezliklə oradan çıxarılacaq və başqa yerlərə köçürüləcəklər. Modern.az-ın məlumatına görə, bu barədə universitetin rektoru akademik Abel Məhərrəmov məlumat verib. 
Rektor bildirib ki, hazırda 7000 tələbəni yerləşdirmək mümkün olan yataqxanalarda yaşayanların 90 faizi qaçqın və məcburi köçkünlərdi. Onun sözlərinə görə. vaxtilə universitetin yataqxanalarını qaçqın-köçkünlər tutduğundan tələbələr yataqxanasız qalıblar, kirayələrdə yaşamağa məcburdurlar.A.Məhərrəmov deyib ki, BDU-nun uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsilə apardığı danışıqlardan sonra anlaşma əldə olunub. Anlaşmaya görə, yaxın gələcəkdə Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları tikilməli və onlar yeni yaşayış yerlərinə köçürülməlidirlər.
Akademikin sözlərinə görə, son illər tələbə yataqxanasında sıxlıq daha da artmaqdadır. Bu, yataqxanada yaşayan qaçqın və köçkünlərin ailə üzvlərinin sayının artması nəticəsində baş verir. Çünki 15 il öncə 5 yaşında yataqxanada yerləşdirilən qaçqın uşağı indi evlənmək istəyir və bu sıradan olanlar arasında evlənənlər az deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı