Modern.az

İsgəndər Həmidov oğlunu evləndirir

İsgəndər Həmidov oğlunu evləndirir

Ölkə

27 Oktyabr 2009, 20:09

Bir müddət öncə Milli Demokrat Partiyasının sədri postundan istefa verən İsgəndər Həmidov siyasətdən birdəfəlik getdiyini bəyan edib. Siyasətdən gedəndən sonra başı şəxsi işlərinə qarışan İ.Həmidov həm də mətbuatdan gen gəzir. Modern.az-a məlum olub ki, sabiq daxili işlər naziri bu günlərdə xeyir işə hazırlaşır. İ.Həmidovun yaxın ətrafından saytımıza bildirilib ki, o, kiçik oğlu Nofəl bəyi evləndirir. Toy mərasimi oktyabrın 31-də Bakıdakı “Yeganə” şadlıq sarayında keçiriləcək.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?