Çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “2010-cu ilin adamı” elan edib
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “2010-cu ilin adamı” elan edib. Bu barədə, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ANS TV-də nümayiş olunan “Əhatə Dairəsi” proqramına verdiyi müsahibədə məlumat verib.
Vahid Mustafayev fond komissiyasının Azərbaycan prezidenti İlham Əliyevin vətənpərvərlik, dövlətçilik, beynəlxalq siyasi arenalarda, ölkənin iqtisadi inkişafında və s. sahələrdə göstərdiyi uğurlarına görə bu mükafata layiq gördüyüyünü, cənab prezidentin isə mükafatın Mübariz İbrahimova verilməsini istədiyini deyib: “İlham Əliyev bizim komissiya tərəfindən “İlin adamı” seçilmişdi. Biz ona bu seçimi açıqlayanda, cənab prezident bizə öz təşəkkürünü bildirdi. Amma o öz böyüklüyünü göstərərək xahiş etdi ki, bu il biz bu mükafatı Mübariz İbrahimova verək. Bu bir daha onun Mübarizə verdiyi qiymətin adi bir siyasi addım yox, onun ürəyindən keçən, onun canından keçən hisslər olduğunu tam açıqladı. Mən onun bu hərəkətinə heyran qaldım. Və biz onunla birlikdə Mübariz İbrahimovu “2010-cu ilin adamı” seçdik”.
Modern.az