Modern.az saytın məlumatına görə, xarici mütəxəssislər kişilərin xoşlandığı qadınların ümumi özəllikləri barədə fikirlərini bildiriblər.
Burada söhbət təbii ki, fiziki özəlliklərdən gedir. Bəs bu xüsusiyyətlər hansılardır?
Birinci baxımlı əl və ayaqlar
Kişilər xanımlarda əsasən əllərin manikürlü, ayaqların da pedikürlü olmasını istəyirlər. Onların baxımsız əl və ayaqları görməyə dözümləri yoxdur. Əcaib rəngli dırnak boyaları da kişilərin xoşuna gəlmir.
Bunların əksinə, qadınlarda fransız manikürünü və ya qırmızı dırnaq boyasını bəyənirlər.
Dikdaban ayaqqabı
Kişilərin dikdaban ayaqqabı geyən xanımlardan ötrü ürəkləri gedir. Onların fikrincə, belə ayaqqabılar xanımın görünüşünü gözəlləşdirir və onları təsiredici, cazibədar göstərir.
Uzun saç
Kişilər çox vaxt uzun saçlı qadınları seçirlər. Açıq saçları və ya uzun atquyruğu formasında yığılan saçları daha cazibədar hesab edirlər.
Ölçülü dekolte
Kişilər qadınların müəyyən dərəcədə açıq geyməsini sevirlər. Həddən artıq açıq geyinən qadın elə də yaxşı qarşılanmır. Kişilər üçün dekoltedən ölçülü istifadə edən və onu özünə yaraşdıran xanım daha cazibədardır. Məsələn, kişilər əgər qadının ayaqları gözəldirsə, ayaqlarını açmasını, kürəyi gözəldirsə kürəyini açmasını gözləyirlər. Daha hər tərəfini yox.
Modern.az