Modern.az

Bu gün magistraturaya sənəd qəbulu başlayır

Bu gün magistraturaya sənəd qəbulu başlayır

Ölkə

25 Yanvar 2011, 10:07

Tələbə Qəbulu Dövlət Komisiyasından Modern.az-a verilən məlumata görə, 2011-2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanın birinci mərhələsinə ərizə qəbulu bu gün başlayır və fevralın 7-si saat 17.00-da başa çatacaq.

Qəbul imtahanının I mərhələsi 2011-ci il fevralın 20-də keçiriləcək.

Qeyd edək ki, qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılacaq.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...