Modern.az

İcra başçısı Gəncədə qarajları sökdürür

İcra başçısı Gəncədə qarajları sökdürür

Ölkə

25 Yanvar 2011, 15:36

Gəncənin müxtəlif ərazilərində qanunsuz şəkildə tikilən avtomobil qarajlarının sölülməsinə başlanılıb. Bu barədə Modern.az-a  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açıqlama verib. 
Onun sözlərinə görə, hazırda bu istiqamətdə aidiyyəti qurumlara tapşırıq verilib və işlər davam etdirilir. Eldar Əzizovun bilrdiyinə görə, Gəncədə rəsmi olaraq 70 min avtomobil qeydiyyatdadır. “Hər kəs istədiyi yerdə, istədiyi formada icazəsiz qaraj tikirsə, buna yol vermək olmaz”.
Qeyd edək ki, icra başçısının tapşırığına ötən gündən başlanılıb və  Gəncədəki Şəddadilər 117 ünvanındakı binanın qarşısında heç bir sənədləri olmayan 14 qaraj sökülüb.
E.Əzizov deyib ki. yaşayış massivlərinin qarşısında ləğv olunacaq qarajların yerinə uşaqlar üçün oyun meydançaları və nümunəvi məhəllələr tikiləcək. 
2002-ci ildən eribarən Gəncədə qaraj və həyətyanı sahələrin tikintisinə İcra Hakimiyyəti tərəfindən icazə verilmir.

 

 

 

 


Xaliq Qurbanov
Gəncə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı