Modern.az

Çayxanaya silahlı basqın

Çayxanaya silahlı basqın

Ölkə

28 Oktyabr 2009, 14:52

Oktyabrın 27-də Bakının Fatmayi kəndində, kənd sakinləri Osman Əliyev qardaşı Kazımla birgə həmyerliləri Ramiz Cəfərova məxsus çayxanaya gəlib, onun istiqamətində ov tüfəngindən iki dəfə atəş açıb və oğlu Pərvizi döyüblər.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Əliyev və qardaşı Kazım tutulub, onlardan 1 ədəd xaricdə istehsal olunmuş ov tüfəngi və 2 ədəd güllə götürülüb. Araşdırmalar aparılır.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!