Modern.az

İtkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsi gücləndiriləcək

İtkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsi gücləndiriləcək

Ölkə

27 Yanvar 2011, 16:17

Azərbaycan Respublikası Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan edib ki, itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsi gücləndiriləcək. Modern.az xəbər verir ki, Dövlət Komissiyasının məlumatına görə, itkin düşmüş hərbçilərin ailələrinin gələcəkdə sosial müdafiəsinin gücləndirilməsi məqsədilə tədbirlərin görülməsi üçün Dövlət Komissiyasında qeydiyyatda olan bu kateqoriyadan olan şəxslər barədə məlumatlar sistemləşdirilərək Maliyyə Nazirliyinə göndərilib.

Dövlət Komissiyasından bildirilib ki, 2010-cu ildə itkin düşmüş 57 vətəndaşın valideynləri tərəfindən Prezidentə, Heydər Əliyev Fonduna, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılıb, qaldırılmış məsələlər araşdırılıb.

İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 110 sorğu icra olunub.

Dövlət Komissiyasına müraciət etmiş 50-dən artıq itkinin yaxın qohumu İşçi qrupunda qəbul olunmuş, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilib, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib, anket vərəqələri doldurulub.

Bundan başqa, il ərzində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının, həmçinin atəşkəsin pozulması nəticəsində qoşunların təmas xəttində şəhid olmuş hərbçilərin və mülki şəxslərin  yaxın qohumları Dövlət Komissiyasının İşçi qrupunda dəfələrlə qəbul olunmuş və Dövlət Komissiyası tərəfindən apaılan işlər barədə onlara ətraflı məlumatlar verilib.

Dövlət Komissiyasına müraciət etmiş 50 nəfərin sosial problemlərinin həll olunması üçün Komissiya üzvlərinə və müvafiq dövlət orqanlarına məktublar göndərilib.
Ötən il Dövlət Komissiyasına 1382 sənəd daxil olub, 1562  məktub (sorğular, müraciətlər, daxil olmuş məktublara cavab və s.) aidiyyətı üzrə göndərilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı