Modern.az

Gələn il ipoteka kreditləşməsinə ayrılacaq vəsaitin məbləği məlum olub

Gələn il ipoteka kreditləşməsinə ayrılacaq vəsaitin məbləği məlum olub

Ölkə

28 Oktyabr 2009, 17:30

Azərbaycan İpoteka Fondunun xətti ilə ölkədə verilən ipoteka kreditlərinin ümumi məbləği artıq 132 milyon manatı keçib. 2005-2009-cu illərdə Dövlət büdcəsindən İpoteka Fonduna 72,4 milyon manat vəsait ayrılıb. Modern.az-a verilən məlumatda gələn il üçün sosial ipoteka kreditləşməsinə nə qədər vəsaitin xərclənəcəyi bildirilib.

İpoteka Fondunun məlumatına görə, ipoteka kreditləşməsinin bərpa olunduğu 1 iyun 2009-cu il tarixindən oktyabr ayınadək 1100 nəfərə yaxın vətəndaşa ümumi həcmi 47 milyon manat təşkil edən ipoteka krediti verilib. Ümumilikdə 2006-cı ilin mart ayından indiyədək 3150-dən çox ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub.

Modern.az dəqiqləşdirib ki, hazırda Milli Məclisdə olan 2010-cu ilin büdcə layihəsində əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində qəbul edilmiş “İpoteka haqqında” qanunun tətbiqi ilə əlaqədar sosial ipoteka üçün 14 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, 2009-cu ilin də dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün 14 milyon manat ayrılmışdı və bu vəsaitin hamısı sosial ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?