Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin 2011-ci ilin yanvar ayında 8 ixtisas üzrə imtahanı keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mama-ginekologiya, terapiya, pediatriya, oftalmologiya, anesteziologiya-reanimatologiya, ümumi cərrahiyyə, dermatovenirologiya və kardiologiya ixtisasları üzrə keçirilən test imtahanlarında 170 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərin 157 nəfər (92%) uğurlu nəticələr əldə edib.
İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar.
Növbəti, revmotologiya ixtisası üzrə imtahan 2 fevral 2011-ci il tarixində keçiriləcək.
Modern.az