Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Gecə Bakıya qar yağacaq"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Gecə Bakıya qar yağacaq"

Ölkə

1 Fevral 2011, 12:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında fevralın 2-də hava şəraitinin yağıntılı olacağı arabir sulu qara, fevralın 1-dən 2-nə keçən gecə yarımadanın bəzi yerlərində qara keçəcəyi gözlənilir.
Arabir güclənən şimal küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 3-5 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 2-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...