
Yanvarın 31-də ali məktəblərdə qış imtahan sessiyası başa çatıb. Tələbələr bu sessiyanın imtahanlarında biliklərini nümayiş etdiriblər. Kimi bu sınaqdan üzü ağ çıxıb, kimisi də sınaqdan çıxmaq üçün yəqin ki, başqa vasitələrə əl atmağı üstün tütub. Modern.az qış imtahan sessiyası barədə məlumat almaq üçün Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Dövlət İdarəçilik Akedemiyası ilə əlaqə saxlayıb.
Bakı Dövlət Universitetinin daxili qayda-qanunu pozan 200 tələbənin imtahan nəticələri ləğv olunub. Bu barədə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova saytımıza məlumat verib. Onun sözlərinə görə, qaydaları pozan tələbələr rektorun göstərişinə əsasən, sərt cəzalandırılıb və onların imtahan nəticələri 0 balla qiymətləndirilib.
“Bakı Dövlət Universitetində qış imtahan sessiyası yanvarın 6-da başlayıb və 31-də başa çatıb. İmtahan verilən bütün auditoriyalarda kameralar quraşdırılmışdı. Həmin tələbələrə müəllim kordinatorlar nəzarət edirdi. Rektorun müfaviq göstərişi var idi ki, imtahan prosesində daxili nizam-intizam qaydalarını pozan tələbələr barəsində sərt tədbirlər görülsün. Müəllim kordinatorlar həmin tələbələrin işlərini aktlaşdırsın və onların cavabları avtomatik olaraq 0 balla qiymətləndirilsin. Daxili qayda-qanunu pozan tələbələrin sayı 200-ə yaxın olub. Onlar imtahan auditoriyasından çıxarılıblar”. İmtahan nəticələri ləğv olunan tələbələr ikinci dəfə həmin fənni oxuyaraq imtahan vermək məcburiyyətində qalacaqlar.
“Boloniya sisteminə əsasən, həmin tələbələrin yay məktəblərinə buraxılması da qadağan olunur. Onlar növbəti kursa keçirlər, amma müvafiq sessiya ərzində oxuyub yenidən imtahan verəcəklər”.
P.İbrahimova bildirib ki, imtahan nəticələri ləğv olunan tələbələr bir daha belə hala yol versələr, onların universitetdən kənarlaşdırılması məsələsi gündəmə gələ bilər.
Nöqsanların olmasına baxmayaraq, P.İbrahimova bildirib ki, ümumilikdə imtahan prosesi uğurla başa çatıb, tələbələrin biliyi obyektiv qiymətləndirilib.
Bakı Slavyan Uviversitetinin mətbuat xidmətinin xəhbəri Adil Əliyev bildirib ki, qış sessiyası başa çatıb və heç bir problem yaşanmayıb.
“Bizim universitet yeganə ali təhsil müəssisəsidir ki, burada intahan prosesində əvvəldən axıra kimi valideynlər iştirak edir. Tam əminliklə deyə bilərəm ki, imtahan prosesi problemsiz başa çatıb”.
Prezident yanında Dövlət İdarəcilik Akademiyasının mətbuat xidmətinin rəhbəri Sona Məmmədova bildirib ki, imtahan prossesində hər hansı problem yaşanmayıb.
“Bildiyiniz kimi, bizdə imtahan prosesi zamanı hansısa bir problemin olmasına imkan verilmir, hər şey mütəşəkkil təşkil olunur. Nə valideynlərdən, nə də tələbələrdən şikayət olub”.
Sədaqət SÜLEYMANOVA