Modern.az

Gəncəyə 300 ədəd komfortlu taksi gətiriləcək

Gəncəyə 300 ədəd komfortlu taksi gətiriləcək

Ölkə

2 Fevral 2011, 10:52


Gəncədə içtimai nəqliyyatın səviyyəsini yüksəltmək üçün 2011-ci ildə şəhərə 300 ədəd komfortlu taksilərin gətirilməsi nəzərdə tutulur. Bu haqda Modern.az-a məlumat verən Gəncə 1 saylı Nəqliyyat Departamentinin rəisi Şəmistan Nağıyev əsasən “Hunday” və “Honda” markalı avtomobillərə üstünlük veriləcəyini bildirib. Onun sözlərinə görə, bu məsələ Nəqliyyat Nazirliyində də  artıq müzakirə olunub. Şəmistan Nağıyevin sözlərinə görə,  yeni taksilərin gətirilməsi sürücülərin vergiyə cəlb olunması işində asanlaşdıracaq.
Qeyd edək ki, hazırda Gəncədə taksi fəaliyyəti ilə məşğul olan 1300 sürücü qeydiyyatdadır. Ancaq Nəqliyyat Departamenti sadəcə 400-ə yaxın sürücünü sadələşdirilmiş vergiyə cəlb edə bilir.
Məlumat üçün bildirək ki, sonuncu dəfə Gəncəyə 2008-ci ildə taksi fəaliyyəti üçün 12 ədəd “Toyota” markalı qırmızı rəngli avtomobillər gətirilib.

Xaliq Qurbanov
Gəncə

Sizə yeni x var
Keçid et
Rusiyayla savaşa hazır olun! - Almaniyada əhaliyə ŞOK XƏBƏRDARLIQ